İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müdafiə naziri Türkiyəyə səfər edəcək

İsrailin müdafiə naziri Benni Qantz Türkiyəyə səfər edəcək.

APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri Benni Qantz gələn həftə Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

Onun Türkiyənin müdafiə naziri Hulusi Akarla görüşü nəzərdə tutulub.

Müdafiə Nazirliyindən bildirilib ki, səfər İsrail və Türkiyə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın yenilənməsi çərçivəsində həyata keçirilir.

Türkiyə mətbuatı səfərin oktyabrın 26-da baş tutacağını bildirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR