İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsraildən olan muzdlular “Azov”la birgə vuruşur” – Zaxarovadan açıqlama

 

İsraildən olan muzdlular Ukraynada “Azov” alayının döyüşçüləri ilə birlikdə vuruşur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində “Azov” döyüşçüləri ilə çiyin-çiyinədir”, – Zaxarova “Sputnik“ radiosunun efirində qeyd edib.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsraildə bundan xəbərsiz ola bilməzlər.

“Mən videonu, fakturanı, materialları gördüm”, – Zaxarova vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR