Onlayn ictimai-siyasi qəzet
İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər xiyabanını ziyarət edərək 1990-cı il Yanvar faciəsinin ildönümü ilə əlaqədar “X” hesabında təsirli qeyd yazıb.
“Yanvarın 20-də Azərbaycanın milli istəklərini darmadağın etməyə cəhd edən təcavüzkarların zorakılığı nəticəsində 147 günahsız insanın faciəli şəkildə həlak olmasını yad edirik.
Bu faciəyə baxmayaraq, Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyin etmək uğrunda mübarizədə möhkəm dayandı.
Bu gün İsrail xalqı Azərbaycan xalqı ilə bir yerdədir, çünki biz bunun necə hiss olduğunu bilirik.
Oktyabrın 7-də HƏMAS İsrailə soxuldu və insanları öz evlərində öldürdü, zorladı, işgəncə verdi və qaçırdı.
HƏMAS bizi və milli istəklərimizi məhv etmək istəyirdi, lakin buna nail ola bilmədi.
Biz birik, güclü və qətiyyətliyik. Qələbəmiz həyatın, azadlığın, insan ləyaqətinin qələbəsi olacaq.
Qara Yanvar qurbanlarının xatirəsini ehtiramla yad edərək, Azərbaycanın iki Milli Qəhrəmanı Albert Aqarunovun və oktyabrın 7-də İsrail xalqının müdafiəsinə qalxarkən nəvəsi HƏMAS yaraqlıları tərəfindən öldürülən Vahid Əzizovun məzarını ziyarət etdim.
Bu, qəhrəmanların nəsilləri arasında görünməz bir əlaqədir...”, - səfir qeyd edib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ