İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail alimlərinin tövsiyəsi: "Koronavirusa qarşı təkrar peyvənd...."

İsrail alimlərinin apardığı elmi araşdırmalar nəticəsində peyvənddən sonra beşinci ayda gücləndirici dozanın vurulmasının nə üçün məqsədəuyğun olduğu məlum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yayan Almaniyanın “Focus” nəşrinin məlumatına görə, mütəxəssislər mRNA vaksinləri vasitəsilə koronavirusa qarşı yaranan immunitetin necə azaldığını izləyə biliblər. Tədqiqatların nəticəsi göstərib ki, ilk üç ay ərzində immunitetin qorunması sabit qalsa da, sonradan peyvənd olunanlarda yoluxma riski getdikcə artıb. Nəşr bunu qanda daha az Sars-CoV-2 spesifik anticisim və T hüceyrəsinin hərəkəti, immunitet sisteminin reaksiya verməsi üçün daha çox vaxt lazım gəlməsi ilə izah edib.

Qeyd edək ki, İsrail kütləvi peyvənd kampaniyası keçirən ilk ölkələrdən biri olub. Bu ölkədə “BioNTech”/”Pfizer”dən istifadə edərək, erkən dövrdə əhalinin çox geniş immunizasiyasına nail olunub. Bununla belə, İsrail koronavirusa yoluxma hallarının yenidən artmağa başladığı ilk ölkələrdən birinə çevrilib və 2021-ci ilin iyununda yoluxmalar pik həddinə çatıb. Məhz buna görə alimlər qrupu yoluxmaların immunitetin zəifləməsi ilə əlaqəli olduğunu aşkarlayıblar.

Tədqiqatların nəticələri ikinci peyvənddən sonra ilk üç ayda koronavirus infeksiyalarının nisbətinin təxminən 1,3 faiz təşkil etdiyini, dördüncü aydan isə yoluxma nisbətinin artmağa başladığını göstərib.

İsrail mütəxəssislərinin araşdırmasına görə, koronavirusun daha da yayılmasının qarşısını almaq üçün təxminən beşinci aydan başlayaraq təkrar peyvənd etdirmək məqsədəuyğundur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR