İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada daşqınlarda ölənlərin sayı 158 nəfərə çatıb

İspaniyada 1973-cü ildən bəri ən fəlakətli daşqınlarda ən azı 158 nəfər ölüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təbii fəlakət ölkənin bəzi bölgələrinə qəfil yağan leysan yağışları nəticəsində baş verib.

"İndi ən vacib şey mümkün qədər çox insanın həyatını xilas etməkdir", - cümə axşamı zərər çəkmiş ərazilərə səfər edən baş nazir Pedro Sançes deyib.

Valensiya muxtar icmasında azı 155, Kastilya-La-Mançada daha iki, Əndəlüsdə isə bir nəfər ölüb.

Valensiyadan cənub-qərbdə, çayın daşdığı Payporta bələdiyyəsində azı 40 nəfərin öldüyü bildirilir.

İspaniya kralı VI Filip fövqəladə vəziyyətin hələ bitmədiyini bildirib və baş nazir Sançes vətəndaşları mümkünsə evdə qalmağa və təcili yardım xidmətlərinin tövsiyələrinə əməl etməyə çağırıb.

Yüzlərlə insan evlərinə qayıtmağa başladığı üçün daşqından zərər çəkmiş ərazilərdə müvəqqəti evlərə yerləşdirilib.

Valensiyanı İspaniyanın digər şəhərləri ilə birləşdirən bir çox yol və dəmir yolu şəbəkəsi iflic durumdadər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR