İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda çox sayda etirazçı saxlanılıb

İrəvanda müxalifətin açıqladığı vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində mərkəzi küçələri bağlayan etirazçılardan 48 nəfəri polis tərəfindən saxlanılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Ermənistan hüquq-mühafizə orqanlarından bildiriblər.

Qeyd edək ki, bu gün Ermənistan paytaxtında dörd istiqamətdən yürüş başlayan müxalifət tərəfdarları bir sıra mərkəzi küçələri bağlayıb. Şəhərin mərkəzini “Zvartnots” Beynəlxalq Hava Limanı ilə bağlayan "Müstəqillik" körpüsündə nümayişçilərlə polis arasında toqquşma baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR