Onlayn ictimai-siyasi qəzet
Türkiyəli bloger Ogün Özdemirə Ermənistanda cinayət işi açılıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan “Joxovurd” nəşrinin müxbirinə bildirib.
Onun sözlərinə görə, cinayət işi blogerin İrəvanda lentə aldığı videoların çəkilməsi ilə bağlı açılıb.
Xatırladaq ki, Azərbaycanda yaşayan və müəllim kimi çalışan Ogün Özdemir bir müddət əvvəl Gürcüstana, oradan isə İrəvana getmişdi. Orada o, Respublika meydanından çəkiliş edərək Azərbaycan dilində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmişdi və Azərbaycan torpağında olduğunu bildirmişdi.
Şahanə Rəhimli
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ