İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümrünün sabiq merinin qalmaqallı səs yazısı yayıldı - Cinayət işi açıldı

Gümrü meri postuna namizəd barədə cinayət işi açılıb.

Musavat.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun "SputnikARM"-a verdiyi məlumata görə, Gümrü şəhərinin meri postuna namizəd olan Vardan Qukasyanın adının hallandığı audio yazı əsasında cinayət işi açılıb.

Cinayət işi toplantıların keçirilməsinə mane olma, iştirakçıları məcbur etmə və ya maddi maraq güdmə əlamətləri ilə başlanıb.

Bundan əvvəl sosial şəbəkələrdə Vardan Qukasyanın iştirakı ehtimal olunan səs yazısı yayılmışdı. Həmin səs yazısında o, müəyyən şəxsləri bir yerə toplamağı tələb edir və onlara “problemlərlə” hədələyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Aprel 2025

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR