İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan xarici siyasətdə “kəndirbazlıq kursu” elan etdi

Ermənistan anti-Rusiya siyasətini ört-basdır etmək,  Fransanın regionda dağıdıcı planlarını gizlətmək üçün “çoxvektorlu siyasət” kursuna keçdiyini bəyan edir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib ki, Ermənistan təhlükəsizlik və xarici siyasətini şaxələndirir: “Ermənistan xarici siyasətdə tərəddüd etmir. Ermənistan təhlükəsizlik və xarici siyasətini şaxələndirir. Biz bunu açıq şəkildə, siyasi mesajlar və hərəkətlərlə edirik”.

Onun sözlərinə görə, diversifikasiya təkcə Qərbi deyil, Hindistanı və bir sıra digər ölkələri də əhatə edir: “2020-2021-ci ilə qədər bir hissəsi olduğu təhlükəsizlik sisteminin işləmədiyini, tamamilə səmərəsiz olduğunu görən Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Siyasətimizdə qətiyyətliyik və bu istiqamətdə bütün məqsədlərimizi reallaşdıracağıq”.

Ermənistan anti-Rusiya siyasətini ört-basdır etmək, Qərbin, xüsusilə Fransanın regionda dağıdıcı planlarını gizlətmək üçün “çoxvektorlu siyasət” kursunu sona qədər həyata keçirə biləcəkmi?

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva çox diqqətçəkən bir ehtimal irəli sürdü: “Hazırda İrəvandakı siyasi hakimiyyət sürətlə Qərbin çətiri altına keçmək kursu tutub. Bunun üçün Ermənistan Rusiya ilə bütün bağlılıqlarını qoparmağa çalışır. Hətta iş o yerə çatıb ki, Ermənistanın baş naziri ölkəsinin KTMT-dəki fəaliyyətinin qeyri-müəyyən müddətə dondurulduğunu söyləyir. Buna paralel olaraq, Ermənistan rəhbərliyi Qərblə yanaşı, özünə başqa alternativ çətirlər də axtarmaqdadır. Çünki SOROS-un uşaqlarının qarşısında Ukrayna nümunəsi mövcuddur. Məhz buna görə də İrəvan "itlə dostluq et, amma çomağı yerə qoyma" prinsipini əsas götürərək Qərbə paralel təhlükəsizlik alternativlərinin sorağına çıxıb. Ermənistan Fransa ilə yanaşı, Hindistan və İran kimi əks qütblərlə də təhlükəsizlik sahəsində əməkdaşlıq etməkdədir. Hindistan, İran və Ermənistanı birləşdirən Ariana layihəsinin çətiri altında bu üçlük Türk Birliyinə alternativ yaratmaq istəyir. Bununla da Zəngəzur dəhlizinin “təhlükəsizliyini” qarantiyaya almağa və Türk Birliyinin gələcək inkişafını indidən əngəlləməyə çalışırlar. Digər tərəfdən, İrəvan Qərbin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq siyasətinə açıq formada dəstək verir. Bunu Kremldə də çox yaxşı anlayırlar. Təbii ki, şimal qonşumuz Ermənistanın bu çoxvektorlu addımlarına imkan verməyəcək. Rusiya Ermənistanı ya özü cəzalandıracaq, ya da bunu üçüncü ölkələrin əli ilə edəcək. Azərbaycan isə hələlik prosesləri kənardan izləməkdədir. Çünki bizim regionla bağlı öz milli maraqlarımız mövcuddur. Bu maraqların ən pik nöqtəsində isə Zəngəzur dəhlizi dayanır. Çox güman ki, öz milli maraqlarına hər hansı bir təhlükə sezəcəyi halda Bakı Ankara ilə birgə addımlar atacaq. Unutmaq olmaz ki, bizim Rusiya ilə də müttəfiqlik sazişimiz var. Yəni Bakı Zəngəzur dəhlizinin açılmasına qarşı hər hansı mənfi elementləri hiss edərsə, o zaman Moskva ilə Ankaranın dəstəyini arxasında hiss edərək hərəkətə keçəcək".

Generalın İslamabad səfərinin pərdəarxası

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Ermənistanın uğursuzluq zolağından çıxmasını mümkünsüz hesab edir: “Təhlükəsizliyini və xarici siyasətini şaxələndirdiyini bəyan edən Ermənistan bununla balanslı siyasət apardığı görüntüsünü yaratmağa və Rusiyadan gələn təzyiqləri neytrallaşdırmağa çalışır. Əslində isə Ermənistanın mövcud siyasəti özündə "çoxvektorlu siyasət" kursunu deyil, tamamilə Qərbin, daha dəqiqi, Fransanın maraqlarını təmin etməyə hesablanmış siyasət kursunu ehtiva edir. Şübhə yoxdur ki, Fransanın Cənubi Qafqaz maraqları ucbatından hazırda Ermənistan ərazisi müxtəlif ölkələrin təsir dairələrinə bölünməyə başlayıb. Başda Fransa və ABŞ olmaqla, Avropa İttifaqının digər söz sahibləri də özləri üçün pay istəyir. Odur ki, bütün mövcudluğu dövrünü Rusiyanın “təhlükəsizlik çətiri” altında keçirən Ermənistan indi yeni “çətir” axtarışındadır və bunu da gizlətmir. Elə Armen Qriqoryan da 2020-2021-ci ilə qədər mövcud olmuş təhlükəsizlik sisteminin işləmədiyini və tamamilə səmərəsiz olduğunu, Ermənistanın özü üçün təhlükəsizlik təminatları axtardığını deməklə bunu təsdiqləyib".

Politoloq erməni zehniyyətinin heç zaman dəyişmək istəyində olmadığını da qeyd etdi: “Görünən odur ki, Ermənistan adlı dövlətin qurulmasından bu yana ilk dəfə müstəqil dövlət olmaq şansı əldə etmiş Ermənistan yenə də müstəqilliyi deyil, müstəmləkə olmağı seçib. Əslində bu da təbiidir. Çünki erməni zehniyyəti həmişə başqalarına sığınmaq "ənənəsi" üzərində formalaşıb. Əgər bu ölkənin baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətlərini dondurduqlarını, Rusiya ilə bundan əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə bilməyəcəklərini deməklə Qərb qarşısında özünün və komandasının qərbyönlü olduğunu ifadə edirsə, Rusiyanın Ermənistanda hakimiyyəti devirmək istəməsi ilə bağlı bəyanatlar səsləndirməklə faktiki olaraq “Rusiya bizim müttəfiqimiz ola bilməz” iddiasını irəli sürürsə, demək ki, söhbət təhlükəsizlik və xarici siyasətin şaxələndirilməsindən deyil, tam əksinə, bir “ağanı” digəri ilə dəyişməyə hesablanıb. Ermənistanın bu siyasətdə “uğurlu” olması isə indiki şərtlər daxilində mümkünsüz görünür. Belə ki, müasir dünyada təhlükəsizlik dedikdə təkcə hərbi imkanlar nəzərdə tutulmur. Buraya həm də ölkənin iqtisadi baxımdan təhlükəsizliyi daxildir. Demək olar ki, bütün iqtisadiyyatı, enerji təhlükəsizliyi, dəmir yolları, iri şirkətləri Rusiyanın əlində olan bir ölkə üçün indi rəsmi Moskvaya meydan oxumaq bu ölkənin fəlakəti ilə nəticələnəcək".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR