İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan aksiyalarında Xaçaturovun oğlu da saxlanılıb - VİDEO

Bu gün Ermənistanda təşkil olunan etiraz aksiyaları zamanı polislə müxalifətçilər arasında dava düşüb.
AzVision.az xəbər verir ki, yerli media etirazçıların bir qrupunun İrəvan zooparkı yaxınlığındakı ərazidə, Myasnikyan prospektini bağladığını yazıb. Qeyd edilir ki, aksiya iştirakçıları zibil qutularını yola düzərək hərəkəti iflic etməyə çalışıblar.

"Yol bir neçə dəqiqə bağlanıb, bundan sonra hadisə yerinə ona yaxın polis maşını gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri sərt şəkildə saxlayıblar. Xüsusi polis qrupları fəalları yürə uzadaraq onları sürüməklə avtomobillərə aparıblar. Bölməyə gətirilən etirazçılardan biri Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov olub.", - saytlar yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR