Onlayn ictimai-siyasi qəzet
Ötən gün İranda ziyarətgayda baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.
Bu barədə “Le Figaro” məlumat yayıb.
Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçerağ ziyarətgahında dindarlara atəş açıb.
Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.
Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb. (BAKU.WS)
14 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ