İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda zavodda partlayış nəticəsində 4 nəfər həlak olub

İranın Xuzestan əyalətinin Əhvaz şəhərində oksigen zavodunda partlayış nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Əhvaz şəhər bələdiyyəsinin yanğınsöndürmə idarəsi və təhlükəsizlik xidmətlərinin rəhbəri İbrahim Qənbəri deyib.

Onun sözlərinə görə, yaralı Əhvazın Beqai xəstəxanasına yerləşdirilib.

Qənbəri bildirib ki, partlayışın səbəbi hələ məlum deyil və qəzanın səbəblərinin araşdırılması sabah başlanacaq.

Hadisənin saat 20:20-də baş verdiyini deyən Qənbəri əlavə edib ki, partlayışda zavodun bir hissəsi ziyan görüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR