Onlayn ictimai-siyasi qəzet
İranda uşaq bağçalarında ingilis dilinin tədrisinə qadağa qoyulub.
Musavat.com xəbər verir ki, İSNA agentliyi bu barədə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İranda fəaliyyət göstərən uşaq bağçalarında ingilis dili xarici dil kimi tədris olunmayacaq.
Uşaq Təhsili üzrə Milli Təşkilatın rəhbəri Həmid Rza Şeyxül-İslam mövzu ilə bağlı açıqlama verərək bildirib:
"Uşaq bağçalarında ingilis dilinin tədrisinə icazə yoxdur. Bu məsələyə ciddi nəzarət edəcək və ehtiyac olduqda xəbərdarlıqlar edəcəyik."
Musavat.com
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ