İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar - VİDEO

İranın Soyuqbulaq (Mahabad) Şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar yayıb.

Videodan qəzəbli sakinlərin dövlət binasını yandırdığı və “Ölüm olsun diktatora!” şüarı səsləndirdiyi görünür.

Qeyd edək ki, İranda polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı etirazlar hələ də səngimək bilmir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR