İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yenə dəhlizə qarşı çıxdı: "İrəvan ərazi bütövlüyünü qorumalıdır"

İran üçün kommunikasiyaların açılması kontekstində dəhlizlərlə bağlı səslənən bəyanatlar qəbuledilməzdir. AzVision.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla keçirdiyi görüşdə deyib.

İran səfiri ermənilərin sərhəd təxribatına görə Qriqoryanla görüşdüQafana gələrək İranla sərhəddə görüş keçirən Zohurinin sözlərinə görə, Tehran hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır.

Zəngəzur qubernatoru və Qafan meri isə cavab olaraq diplomata dəhliz məsələsində tutduğu mövqeyə görə təşəkkür ediblər.

"Sizin fikriniz önəmlidir və hər bir Zəngəzur sakini tərəfindən yüksək qiymətləndirilir", - Qukasyan deyib.

Qeyd edək ki, İran İkinci Qarabağ müharibəsindən sonra İrəvanın xeyrinə bir neçə rəsmi bəyanatlar səsləndirib. Xüsusən də Zəngəzur dəhlizinin bərpası Tehran üçün daha çox arzuolunmaz hadisə kimi təqdim edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR