İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN başçısı Ermənistana səfər edəcək

 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bu gün, oktyabrın 20-də rəsmi səfərlə Ermənistana gələcək.

Musavat.com bu barədə Ermənistan XİN-in məlumatına istinadən xəbər verir.

Bildirilir ki, oktyabrın 20-də Ermənistan Respublikasının və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahyan Ermənistan Xarici İşlər Nazirliyində görüşəcəklər.

 Səfər çərçivəsində iranlı qonaq Ermənistanın baş naziri Nikol Paşinyan və respublika parlamentinin sədri Alen Simonyanla da bir araya gələcək. Mirzoyan və Abdollahian oktyabrın 21-də Qafan şəhərindəki İranın Baş Konsulluğunun açılış mərasimində iştirak edəcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR