İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran sülhü tanımayıb Zəngəzura qoşun yeridəcək" - Tarasov

Rəsmi Tehran Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişini tanımaya bilər və bunun fəsadları yaranacaq. İran İslam Respublikası hətta bölgəyə qoşun yeritməyə də hazırdır.

Musavat.com xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi mövzusu Azərbaycan tərəfindən irəli sürülüb. Bu termin isə tarixi 9 noyabr bəyanatında yoxdur.

Tarasovun sözlərinə görə, məlum yolların Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində olacağı ideyası və şərti İranı qıcıqlandırır. Çünki Tehran Türkiyə və Azərbaycanın rusları ərazidən uzaqlaşdıracağından, yola nəzarət edə biləcəyindən və "türk körpüsü" yaradacağından ehtiyat edir.

O, Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə işarə edərək qeyd edib ki, Türkiyə prezidenti Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasını şərt qoyur.

"İran bu vəziyyətlə barışa bilmir. 9 noyabr bəyanatı İrəvan, Moskva və Bakı arasında, həm də Türkiyənin dolayısı yolla iştirakı ilə imzalanıb. Putin bu prosesdə Türkiyənin birbaşa iştirakına imkan vermədi. Lakin bu, danışıqlara dəvət olunmayan İranın təsir imkanları olan bir sahə idi. Tehran hesab edir ki, Qarabağın statusunu müəyyən etməklə yanaşı, kommunikasiyalardan da danışmaq olar və s. Ancaq saziş onun iştirakı ilə imzalanmalıdır. İran sülh razılaşmasını tanımaya bilər. Bu isə, fəsadlar yaradacaq. Tehran hətta məlum zonaya qoşun da yeritməyə hazırdır. İrəvan və Bakı İranla da bu problemi həll etməlidir", - deyə politoloq fikirlərinə əlavə edib.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR