Onlayn ictimai-siyasi qəzet
İran Rusiyanı heç bir ballistik raketlə təmin etməyib. ABŞ və Avropa etibarsız məlumatlara arxalanır.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.
"ABŞ və Avropa yenə də qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyanı ballistik raketlərlə təmin etməyib. Nöqtə", - nazir "X"də yazıb.
Əraqçinin fikrincə, İran əleyhinə sanksiyaların tərəfdarları özlərinə sual verməlidirlər: "İran bu cür qabaqcıl silahları necə istehsal edib sata bilir? Sanksiyalar problemin həlli deyil, sadəcə bir hissəsidir", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
Çərşənbə axşamı ABŞ rəsmiləri İrana qarşı sanksiyalar rejiminin sərtləşdirildiyini açıqlayıb. İranın bəzi fiziki və hüquqi şəxsləri sanksiyalar siyahısına əlavə edilib. Bunlara "Iran Air", "Azadegan Transportation Company", "Amad Behineh Saz Engineering Company" və "Sanjesh Gostar Dana Engineering and Quality Control Inspection Company" daxildir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ