İnsanlara hürriyət, millətlərə istiqlal!

İnqilabçı gənclər növbəti dəfə Xamneyinin bannerini yandırdılar

İranda növbəti dəfə inqilabçı gənclər rejimə etiraz olaraq yol kənarlarında quraşdırdırılan baner və plakatları yandırıblar.

AzVision.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində video görüntülər yayılıb.

Qeyd edilir ki, Yasuc şəhərində gənclər hökumət bannerinə od vurublar. Bannerdə ali dini lider Xameneyinin də fotosu olub.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.

İnsanlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər ali dini lider Xamneyiyə aid plakat, baner və fotoları yandırır, ayrı-ayrı dövlət qurumlarının binalarına od vururlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR