İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə yerli hakimiyyət orqanlarına seçkilər başlayıb

İngiltərədə yerli və regional özünüidarə orqanlarına, həmçinin bələdiyyələrə seçkilər başlayıb. Yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) açılan seçki məntəqələri 15 saat ərzində fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, seçkilərdə 230 yerli şurada 8 min mandatın taleyi həll olunacaq.

Hakim Mühafizəkarlar partiyası ötən seçkilərdə əldə etdiyi 3370, müxalif Leyboristlər partiyası 2100, liberal-demokratlar isə 1200 mandatını qorumağa çalışacaq. Daha 817 siyasətçi isə öz mandatlarını müstəqil namizəd kimi qazanmışdı. Son vaxta qədər “tori” 82 yerli şuraya, leyboristlər 49 şuraya, liberal-demokratlar isə 17 şuraya tam nəzarət edirdi. Qalan 78 şuraya isə partiyaların heç bir tam nəzarət edə bilmirdi.

“Ipsos” kompaniyasının aprelin 21-dən 24-dək 1850 britaniyalı arasında keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin 55 faizi bu seçkilərdə “tori”nin mandat itirəcəyini düşünür və yalnız 9 faizi Rişi Sunakın partiyasının seçkidən güclü çıxacağına inanır. Rəyi soruşulan vətəndaşların 45 faizi isə leyboristlərin regional səviyyədə mövqelərini gücləndirəcəyini hesab edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR