İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziyada qayığın batması nəticəsində 11 nəfər ölüb

İndoneziyada sürətli sərnişin qayığının batması nəticəsində 11 nəfər ölüb, 9 nəfər itkin düşüb.

AZƏRTAC İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə ölkənin qərbindəki Ryau ada vilayətinin İndragiri Hilir rayonunda baş verib. Qayıq vilayətin paytaxtı Tancunq Pinanq şəhərinə doğru hərəkətə başlayandan yarım saat sonra qəzaya uğrayıb. Hadisə yerinə gələn xilasedicilər, habelə polis və könüllülər 58 nəfəri xilas ediblər. Vilayətin axtarış-xilasetmə bölməsindən verilən məlumata görə, ölən və itkin düşənlərin sayının artması ehtimalı var. Çünki qayıqdakı sərnişinlərin dəqiq sayı bilinmir.

Hadisənin qayığın normadan çox yüklənməsi səbəbindən baş verdiyi ehtimal olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR