Onlayn ictimai-siyasi qəzet
Texnologiya milyarderi İlon Maskın yeni insanabənzər robotları elm aləmində çaşqınlıq yaradıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə robotların işğalına məruz qalan ölkələri görmək qaçılmaz olacaq. Qanuni sanksiyalar və ehtiyat tədbirləri görülməzsə, bəşəriyyəti böyük böhran gözləyir.
Bu yaxınlarda Teslanın insanabənzər robotu "Optimus Cybercab"ın təqdimat tədbiri baş tutub.
Maskın bu robotlar haqqında "yaxın gələcəkdə aramızda olacaq, hər şeyi edə biləcəklər" açıqlaması suallara səbəb olub. Sözügedən robotların silah və müdafiə sənayesində yer alıb-almayacağı narahatlıq doğurur.
Türkiyəli tədqiqatçı-yazar Ramazan Kurtoğlu süni intellekt və neyrolink araşdırmaları ilə Maskın layihələrinin qaranlıq tərəflərinə aydınlıq gətirib:
"Mask robot texnologiyasının parlaq tərəflərini göstərir. Ancaq bu cür texnologiyaların da internet, pilotsuz uçuş aparatları, elektromaqnit və lazer texnologiyaları kimi qaranlıq tərəfləri var. Bu elementlərdən biri də daha az xərc və posthumanizm layihəsidir. Elitlər bir dünya dövləti vasitəsilə bəşəriyyəti kölələşdirmək istəyir".
Məqsəd zehni nəzarətdir
Kurtoğlu son illərdə aparılan bəzi araşdırmalara əsasən, süni intellekt nəticəsində robotların öz aralarında alqoritmləri olan yeni dil meydana gətirdiklərini bildirib: "Bu dili öz aralarında istifadə etməyə başlayıblar. İnsanlar artıq sosial media vasitəsilə fiziki və əqli cəhətdən dəyişdiriliblər. Yaxın gələcəkdə ağıl nəzarəti çipləmə vasitəsilə aktivləşdiriləcək".
Robot işğalı
"Robotların fiziki bədəni var və "ağılları" çox işləməsə belə, fiziki gücləri ilə zərər verə bilirlər. Bu səbəblə robot dünyasındakı hər yeni inkişaf bəşəriyyəti narahat edir. Belə getsə, bir müddət sonra robot orduları öz sahibləri adına dünyanı işğal edə bilər. Qarşısnı almaq üçün isə, məhdudiyyət və nəzarət lazımdır.
Başqa ölkəyə ixrac edilən Tesla əsgər robotu Amerika sərhədləri vasitəsilə təqdim edildikdə avtomatik olaraq özünü sıradan çıxaracaq şəkildə proqramlaşdırıla bilər. Lakin cəbhə xəttində robotların döyüşməsi ideyası hələ də maliyyə baxımından aşağıdır", - deyə tədqiqatçı bildirib.
Hüququ nizamlama şərtdir
Türkiyədə İnformasiya Texnologiyaları Hüquq Dərnəyinin prezidenti, hüquqşünas Kürşat Ergün bildirib ki, hazırda hüquq aləmində bu obyektlərin hansı hüquqi statusa tabe olacağı müzakirə olunur:
"Bunlar süni intellektin modelləşdirilməsi ilə yaradılan bir sıra ağıllı obyektlərdir. Hazırda onlarla bağlı konkret tənzimləmə yoxdur. Ancaq məsələnin əsaslarına nəzər salsaq, burada bir kodlaşdırma var. Odur ki, bu proqram təminatını istehsal edən, yaradan, kodlaşdıran şəxslərə qarşı müəyyən cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Gələcəkdə yeni qaydaların həyatımıza daxil olacağı şübhəsizdir"./Publika.az
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ