Onlayn ictimai-siyasi qəzet
Son günlər cərrahların qeyri-peşəkarlığı ilə bağlı müzakirələr tez-tez gündəmə gəlir. Əsasən də son illər burun, mədəkiçiltmə və digər əməliyyatlar zamanı ölüm hallarının çoxalması təşviş yaradıb.
Nə zaman ölüm halı baş verə bilər? Həkim səhlənkarlığı hansı hallarda baş verir?
Narazılığa səbəb olan digər məsələ isə tibbdən anlayışı olmayanların əməliyyatlar etməsi və cərrahların ciddi əməliyyatları sosial şəbəkələrdə şouya çevirmələri ilə bağlı olur. Bəzi ginekoloqlar doğuş prosesini, vaginaplastika və sairə prosedurları çəkib sosial şəbəkələrdə ədəbsizcəsinə paylaşırlar. Düzdür, pasiyentin üzü göstərilməsə də, bütün proses açıq-aşkar görünür.
Bəs bu kimi hallar həkim etikasına nə dərəcədə uyğundur?
Cərrah-ginekoloq Rəşad Sultan "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb.
Musavat.com həmin videomaterialı təqdim edir:
Qeyd edək ki, Rəşad Sultan həm də 2020-ci ilin sentyabrından ilin sonuna kimi 44 günlük Vətən müharibəsində tabor tibb məntəqəsinin rəisi kimi iştirak edib, tibb xidməti kapitanıdır.
Afaq Mirayiq,
Rafət Şahbazov
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ