Onlayn ictimai-siyasi qəzet
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə 20 Yanvar Şəhid ailələri və əlilləri ilə görüş keçirilərək ərzaq sovqatları paylanılıb, eləcə də Yeni Suraxanı qəsəbəsində “Vətən şəhidləri” abidə kompleksi və şəhid məzarları ziyarət olunub.
Musavat.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və Aparatın əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri, 20 Yanvar şəhidlərinin ailələri və əlilləri, rayon ictimaiyyəti iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı zamanı ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran Adil Əliyev xalqımızın qəlbində Ulu Öndər Heydər Əliyevə dərin ehtiram və məhəbbətin daim yaşayacağını bildirib. O, həmçinin, qeyd edib ki, 20 Yanvar faciəsinin səhəri günü, 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, həmvətənlərimiz və xarici KİV-lər qarşısında sovet rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı pisləyən bəyanatla çıxış edib. Ulu Öndərin 1993-cü ildə respublikamıza rəhbərliyə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran RİH başçısı bu faciə zamanı şəhid olmuş insanların ailələrinin və əlil olmuş insanların sosial müdafiəsinin daim gücləndirildiyini də bildirib.
Tədbirdə 20 Yanvar İctimai Birliyinin Suraxanı Rayon Təşkilatının sədri Bədəlov Sətdar Yunus oğlu rayonun ictimai həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
20 Yanvar Şəhid ailələrinə və əlillərinə ərzaq sovqatları təqdim olunduqdan sonra Yeni Suraxanı qəsəbəsində “Vətən şəhidləri” abidə kompleksi və şəhid məzarları ziyarət olunub.
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ