İnsanlara hürriyət, millətlərə istiqlal!

Mayamidə 3 gün toy, məşhur qonaqlar... - Reza Zarrab evləndi

Azərbaycanlı iş adamı Reza Zarrab ikinci dəfə ailə qurub.

Bununla bağlı “Bitter” jurnalı məlumat yayıb. Bildirilib ki, o, Mayamidə Dilara Altıntopla nikah bağlayıb. Reza özünə 3 gün 3 gecə toy edib. 

Lüks məclisdə İbrahim Tatlıses, Derya Tuna və Demet Akalın kimi simalar iştirak edib. 

Ümumilikdə 150 nəfərin iştirak etdiyi toy 3 gün fərqli məkanlarda keçirilib. Birinci gündə lüks hotellərin birində məclis baş tutub. İkinci gün Atlantik okeanında yaxta turuna çıxıblar. Həmin günün sonunda Reza ilə xanımının şərəfinə atəşfəşanlıq edilib. 16 yanvardakı əsas toy məclisi isə Mayamidə “Vizcaya Museum and Gardens”də keçirilib.

Məkanda konsept qırmızı rəng üzərində qurulub. Cütlük fotosessiyadan sonra hotelə ağ, retro maşınla təşrif buyurub. Dilara toy üçün yarıqlı, bir qollu libas geyinib. Daha sonra isə Elio Abou Fayssalın “Yuxuların seriyası” adlı kolleksiyasından paltar seçib. Toydan öncə qonaqlara şəkil və video çəkilməməsi üçün xəbərdarlıq edilib. Məclisdən görüntülərin yayılmaması üçün öncədən bütün qonaqların telefonları əllərindən alınıb.

Qeyd edək ki, R. Zarrab daha əvvəl müğənni Ebru Gündeşlə evli olub, onların bir qızı var.  (olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR