İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan Hakan Fidanla müzakirələrlə bağlı MÜHÜM AÇIQLAMA

“Qardaş Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın ölkəmizə növbəti səfəri çərçivəsində Azərbaycan - Türkiyə müttəfiqliyinin müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik vəziyyəti ətrafında faydalı fikir mübadiləsi apardıq”.

Musavat.com-un məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkə hesabında bildirib.

Azərbaycanın baş diplomatı daha sonra bunları vurğulayıb:

“Hər zaman bir-birinin yanında olan ölkələrimiz arasında möhkəm qardaşlıq və dostluğa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqliyimizin daha da inkişaf etdirilməsi əsas prioritetimizdir.

Həmçinin, həmkarımı postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesinin son durumu barədə ətraflı məlumatlandırdım”.

Ceyhun Bayramov rəsmi Bakının Ermənistanla sülh danışıqlarında əsas şərtinin də müzakirə mövzusu olduğunu xüsusi qeyd edib.

“Ermənistanın ölkəmizə qarşı ərazi iddialarından imtina etməsinin sülh prosesinin əsas şərti olduğunu vurğuladım”, - deyə nazir bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR