Onlayn ictimai-siyasi qəzet
"Kiberdələduzlar vətəndaşların sevincli, kədərli anlarını dəqiq izləyir və planlı hücum edirlər. Oğurlanan vəsaitlər birbaşa ofşor bank hesablarına çəkilir və çox məharətlə iz itirilir".
Musavat.com xəbər verir ki, bu barədə texnologer Fərid Pərdəşünas bildirib.
Onun fikrincə, işin əsas problemli tərəfi bu dələduzluğu edən şəxslərin ölkədə olmamasıdır.
Fərid Pərdəşünas qeyd edib ki, son vaxtlar "Caller ID Spoofing" halları da artıb:
"Yəni dələduzlar sizə öz yaxın tanışınızın adı və nömrəsi ilə zəng edə bilərlər. Bundan başqa, süni intellektlə səs klonlanması halları da mövcuddur.
Təsəvvür edin ki, sizə atanızdan zəng gəlir. Kontaktınızda ata adı ilə çıxır. Danışan səs atanızın səsinə bənzəyir, amma əslində o adam atanız deyil.
Vətəndaşlardan maliyyə əməliyyatları zamanı maksimum diqqətli olmağı, 3D təhlükəsizlik kodunu başqaları ilə paylaşmamaları, bank kartlarına limitlər təyin etmələri, şübhəli zəngləri dəqiq sorğu-sualla araşdırmaları xahiş olunur".
Xalidə Gəray
Musavat.com
18 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ