İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvarın 21-də ABŞ-da miqrantlara qarşı reydlər başlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası qeyri-qanuni miqrantların kütləvi surətdə deportasiyası ilə bağlı reydlərə yanvarın 21-də başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu reydlər Trampın seçkiqabağı kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməsinin başlanğıcı olacaq və onun andiçmə mərasimininin ertəsi günü həyata keçiriləməyə başlayacaq.

Qəzetin yazdığına görə, ilk “miqrantlara qarşı genişmiqyaslı reyd” çərşənbə axşamı səhər Çikaqoda (İllinoys ştatı) start götürəcək və həftənin sonuna qədər davam edəcək. Əməliyyata ABŞ-ın 200-ə yaxın immiqrasiya və gömrük mühafizəsi agenti cəlb olunacaq.

Qəzet yazır ki, onların hədəfi ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq. Nəşr bildirir ki, Çikaqodan sonra Nyu-York, Los-Anceles (Kaliforniya), Denver (Kolorado) və Mayamidə (Florida) miqrantlara qarşı reydlər keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR