İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan yeni sürpriz çıxış: “Tayvan Çinin rayonuna çevrilsin”

Amerikalı iş adamı İlon Mask Tayvanla bağlı münaqişənin qaçılmaz olduğunu bildirib və bunun qarşısını almağın yolunu göstərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İlon Mask bununla bağlı düşüncələrini Böyük Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində paylaşıb.

Amerikalı milyarder adanın Çinin xüsusi inzibati bölgəsinə çevrilməsini təklif edib.

"Mənim tövsiyəm... Tayvan üçün xüsusi inzibati zona qurulmasıdır. "Düşünürəm ki, bəlkə onlar Honq-Konqdan daha liberal status razılığa gələ bilərlər", - deyə o, söyləyib.

“Tesla”nın sahibi bu ideyanın hamıya xoş gəlməyə biləcəyini də etiraf edib.

Xatırladaq ki, bu həftənin əvvəlində milyarder Rusiya-Ukrayna nizamlanmasına dair ziddiyətli fikirlər səsləndirməklə artıq Ukrayna hakimiyyətinin qəzəbini özünə tərəf çəkməyi bacarıb.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR