Onlayn ictimai-siyasi qəzet
Müğənni Ayan Babakişiyeva ötən gün ad günü edib.
Şou-biznes nümayəndələrinin qatıldığı gecədə maraqlı anlar yaşanıb.
Məclisin qonaqları arasında rəqqasə Fatimə Fətəliyeva və şair Nazilə Səfərli də olub. İllərdir küsülü olan sənətçilər rəqs edərkən göz-gözə gəlməməyə çalışıblar.
Müğənni Kərim Abasovun "İndi Nazilənin sevdiyi mahnı gələcək" sözlərindən sonra Fatimə oynamağı dayandırıb və oradan uzaqlaşıb.
Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib, Fatimə isə apellyasiyaya müraciət edib. O, bir müddət əvvəl apellyasiya məhkəməsini də uduzub. Qərara əsasən Fatimə 50 min yox, 500 manat təzminat ödəməlidir.
Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib. (Axşam.az)
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ