İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən sərt xəbərdarlıq: Laçın dəhlizi ləğv edilir... - Elşad Musayevlə CANLI 

Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi.

İlham Əliyevin beynəlxalq təmsilçilər önündə etdiyi çıxışın əsas hissəsi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olundu.

İlham Əliyev bizim adət etdiyimiz Laçın dəhlizi ifadəsi əvəzinə, “Laçın yolu” ifadəsini işlətdi, lakin Zəngəzur mövzusunda dəhliz termininə müraciət etdi. Hesab etmək mümkündür ki, Laçın yolunda dəhliz rejiminin tətbiq olunmayacağı müzakirələr masasındadır.
10 noyabr bəyanatının 4-cü maddəsinə gəlincə, Ermənistan bunu da manipulyasiya edərək “status” mövzusuna istinad edir, həmin əraziləri hərbiləşdirmək sevdasına düşür, hərçənd ki, bu mövqenin özü də çoxbaşlıdır.

Azərbaycan “status” mövzusuna nöqtəni qoyub və həmin ifadəni tarixin arxivinə göndərən hərbi-siyasi şərait yaradıb və hüquqi addımlarla bunu gücləndirib.

TVMusavat-ın saat 15:00-da canlı efirində bu və digər mövzuları Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR