İnsanlara hürriyət, millətlərə istiqlal!

II Qaregin, I Aram və daşnaklar ümumerməni sammitində iştirakdan imtina ediblər

Dünya ermənilərinin baş keşişi II Qaregin və Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram, eləcə də Daşnaksütyun Partiyası ümumerməni sammitində iştirakdan imtina ediblər.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın diaspor üzrə komissarı Zare Sinanyan məlumat verib.

Onun sözlərinə görə, II Qaregin və Daşnaksütyun Partiyası hökumətlə aralarındakı siyasi baxışlara, I Aram əlverişsiz hava şəraiti və atmosferin zəhərli olması səbəbindən tədbirdə iştirakdan imtina ediblər.

Xatırladaq ki, Nikol Paşinyan hökuməti ilə kilsə rəhbərliyi arasında münaqişə 4 ilə yaxındır davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR