Onlayn ictimai-siyasi qəzet
Nüfuzlu "The Economist" jurnalı Avropa İttifaqının “Aspides” hərbi-dəniz missiyasının uğursuzluğunu sərt şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, jurnalın yazdığına görə, husilərin Yaxın Şərqdəki hücumları təkcə ticarət gəmilərini deyil, Avropa dəniz qüvvələrinin reputasiyasını da məhv edib.
Xatırladaq ki, “Aspides” missiyası 2024-cü il fevralın 19-da işə salınıb və məqsədi kommersiya gəmilərini hücumlardan qorumaq və beynəlxalq naviqasiya azadlığını təmin etmək olub. Lakin oktyabr ayından bəri bölgədə dəniz daşımalarının həcmi 60% azalıb.
Jurnal bildirir ki, “Magic Seas” və “Eternity C” adlı iki yük gəmisinin iyulun əvvəlində husilərin hücumları nəticəsində batması, missiyanın zəifliyini və Avropa donanmasının gücsüzlüyünü açıq şəkildə nümayiş etdirib.
"The Economist" uğursuzluğun əsas səbəbləri kimi aşağıdakıları göstərib:
Avropa ölkələrinin donanma gəmilərinin çatışmazlığı,
Avropa Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi proqramlarının zəif maliyyələşdirilməsi.
Məqalədə həmçinin vurğulanır ki, bu boşluqları doldurmaq üçün illər, hətta onilliklər lazım ola bilər.
Avropa İttifaqı tərəfindən məsələyə hələlik rəsmi cavab verilməyib.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ