İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər ABŞ-ın “USS Harry Truman” gəmisinə hücum etdilər

Husilərin Hərbi Sözcüsü Yahya Seri, Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum etdiklərini açıqlayıb.

Musavat.com bildirir ki, Yahya Serinin sözlərinə görə, gəmi Qırmızı dənizin şimalında pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hədəfə alınıb.

Seri bildirib ki, hücumlar nəticəsində gəmi fəaliyyət sahəsini tərk etməyə məcbur edilib. O, həmçinin İsrailin Qəzza Zolağındakı hücumları və blokadanı davam etdirməsinə qarşı hücumlarını genişləndirəcəkləri barədə xəbərdarlıq edib.

Husilər, 6 yanvarda da “USS Harry Truman” gəmisini hədəf aldıqlarını açıqlamışdı.

“ABŞ-ın 14 MQ9 PUA-sını vurduq”

Husilərin Yüksək Siyasi Şurasının sədri Mehdi əl-Meşat da ABŞ-ın 14 ədəd MQ9 tipli PUA-sını son bir il ərzində məhv etdiklərini bildirib. Husilərə məxsus SABA xəbər agentliyinin məlumatına görə, Mehdi əl-Meşat ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hərbi hücumlarının ildönümü münasibətilə açıqlama yayıb.

Meşat bildirib: “Hava müdafiə qüvvələrimiz ABŞ-ın MQ9 tipli PUA-larını təsirsiz hala gətirərək bir ildə 14-ünü vurmağı bacarıb. Bu, unikal bir nailiyyətdir.”

O, həmçinin yeni texnologiyaların istifadəyə verildiyini qeyd edib. “Filistin-2 hipersonik raketləri və dünyanın ən müasir hava müdafiə sistemlərini keçən Yafa PUA-larımız hədəflərini uğurla vurub və bu proses kameralarla sənədləşdirilib,” - deyə Mehdi əl-Meşat vurğulayıb.

Husilər İsrailin Qəzza Zolağına qarşı siyasətinə qarşı dəstəyini davam etdirəcəklərini bəyan ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Yanvar 2025

11 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR