İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumətin hesabatı qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabatı geniş müzakirə olunub.

Musavat.com xəbər verir ki, Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat dinlənildikdən sonra deputatlar çıxış edərək fikirlərini bildiriblər, təkliflərini irəli sürüblər.

Baş nazir deputatların dediklərinə münasibət bildirdikdən sonra spiker Sahibə Qafarova qeyd edib ki, bir sıra deputatlar çıxışlara yazılmasa da, onların hökumətə ünvanlı fikirləri var.

Sədr bildirib ki, deputatların hesabatla bağlı səsləndirdiyi rəy və təkliflər sistemləşdirilərək Milli Məclis tərəfindən Nazirlər Kabinetinə göndəriləcək. Odur ki, hökumət başçısından yazılı formada təqdim olunacaq çıxışlara həssas yanaşmağı xahiş edib. Bundan sonra 92 lehinə, 2 əleyhinə olmaqla hesabat qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR