İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət korrupsionerlərin kökünü niyə kəsə bilmir? - Elman Nəsirovla Pənah Hüseynin "Canlı debat"ı

Ölkədə korrupsiya ilə mübarə səngimir. Amma korrupsionerlərin də sayı azalmır. Niyə kimsə nəticə çıxarmır? Yaxud nəticə çıxarır, amma sistem dəyişiklik etməyə imkan vermir?

Prezidentin xəbərdarlığı erməniləri və havadarlarını hərəkətə gətirdi - Ermənistan ordusunu Qarabağdan çıxarır, bəs qondarma rejimin silahlı dəstələri?
------
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Qarabağdakı erməni silahlı birləşmələrinin hələ də oradan çıxarılmaması məsələsinə xüsusi toxunması və sərt xəbərdarlığı erməniləri təşvişə salıb, havadarlarını hərəkətə gətirib.

Prezidentdən sitat: “Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
Burada bir məqamı qeyd edək ki, Prezidentin bu sərt xəbərdarlığından sonra ekspertlər Qarabağda anti-terror əməliyyatlarının qısa zamanda həyata keçiriləcəyini bildirdilər.

Bu xəbərdarlıqdan sonra ABŞ və Rusiyanın baş kəşfiyyatçılarının - ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Ermənistana elan olunmamış səfəri də diqqət çəkir.

Görünən budur ki, Prezidentin bu xəbərdarlığı həm Ermənistanı, həm də onların havadarlarını hərəkətə gətirib, növbəti dəfə dəmir yumruq yeməkdən, daha ağır duruma düşməkdən canlarını qurtarmağa çalışırlar. 19 iyulda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verdi ki, Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini oradan çıxarmağa başlayıb.

Sitat: “Atəşkəs rejiminin yaradılması və Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra bölgədən Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin çıxarılması olduqca təbii haldır. Sözügedən bu proses artıq başa çatmaq üzrədir və sentyabrda tam olaraq yekunlaşacaq” – deyə bildirib.
Amma Qriqoryan onu da deyib ki, Dağlıq Qarabağda yaşayan yerli çağırışçıların separatçıların “müdafiə ordusu”nda xidmətə çağırılması davam edəcək.
Görünən budur ki, Ermənistan özünü sanki separatçı rejimə cavabdeh olmayan tərəf kimi göstərməyə çalışır. Bu da bir hiylədir.
Təbii, bu dəstələri – hansı ki, onların bir çoxu xaricdən gətirilmiş terrorçulardır - neytrallaşdırmaq da sülhməramlıların məsuliyyətinə və mandatına aiddir, 10 noyabr bəyanatına uyğun olaraq.
Əgər onları sülhməramlılar çıxarmasa, Azərbaycan antiterror əməliyyatları keçirməyə tamamilə haqq edir. Yəni söhbət yalnızca Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə yekunlaşa bilməz. Orada bütün silahlı adamlar tərksilahl edilməli, yalnız dinc Qarabağ erməniləri qalmalıdır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 12.00-də iqtidar-müxalifət dialoqu formatında müzakirə edəcəyik. Müzakirədə yapçı millət vəkili Elman Nəsirovla AXP sədri Pənah Hüseyn iştirak edəcəklər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR