İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah DƏHŞƏTLİ müharibənin ANONSUNU VERDİ - Hər şey AN MƏSƏLƏSİDİR

Livanın Hizbullah hərəkatının lideri Həsən Nəsrullah televiziya ilə xalqa müraciət edib.

Referans.az xəbər verir ki, o, çıxışı zamanı Livan cəbhəsinin genişmiqyaslı döyüşə çevrilməsi ehtimalını real adlandırıb.

Onun sözlərinə görə, vəziyyətin gələcək inkişafı İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı fəaliyyətindən asılıdır.

Həsən Nəsrullah qeyd edib ki, Hizbullah Livan cəbhəsində istənilən dəyişikliyə açıqdır. Onun sözlərinə görə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq istəyənlər “Qəzza zolağında müharibəni dərhal dayandırmalıdırlar”.

O bildirib ki, Hizbullah Qəzzada atəşkəsə nail olmaqdan əlavə, HƏMAS hərəkatının qələbəsini zəruri məqsəd hesab edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR