Onlayn ictimai-siyasi qəzet
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) beş aparıcı media orqanının Vyanada keçirilən Beynəlxalq Neft Seminarının işinin işıqlandırmasında iştirakına icazə verməyib.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, “The New York Times”, “Financial Times” və “The Wall Street Journal”, eləcə də “Reuters” və “Bloomberg”in nümayəndələri üçün akkreditasiyadan imtina olunub.
OPEC akkreditasiyadan imtinanın səbəbi ilə bağlı açıqlama verməyib.
Reuters-in nümayəndəsi təşkilatın addımının şəffaflığa ziddi olduğunu deyib: "Biz şəffaflığın və azad mətbuatın oxucuların, bazarların və ictimaiyyətin maraqlarına xidmət etdiyinə inanırıq və bu əhatə dairəsinin məhdudlaşdırılmasına etiraz edirik".
Bloomberg-in təmsilçisi də OPEK-in addımından narazılığını bildirib: "OPEC-in Bloomberg News daxil olmaqla, jurnalistlərin konfransında iştirakına icazə verməməsindən bir daha çox məyus olduq".
Maraqlıdır ki, OPEK artıq bir neçə dəfədir ki, analoji addımı atır. Təşkilat siyasətinin səbəbini açıqlamasa da, dünya mediası qərarın arxasında Rusiyanın mövqeyinin dayandığını ehtimal edir.
Yeri gəlmişkən, iyulun 9-10-da Vyanada keçirilin 9-cu OPEC Beynəlxalq Seminarının rəsmi media tərəfdaşlarından biri Rusiya dövlət agentliyi olan TASS-dır.
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ