İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya bu silahların çatdırılmasına başlayıb

ABŞ ordusu Ukraynaya artilleriya və raketlərin tədarükünü davam etdirməyə başlayıb.

Musavat.com xəbər verir ki, məlumatı Reuters ABŞ rəsmilərinə istinadən yayıb.

Adları açıqlanmayan rəsmilər bildiriblər ki, hazırda Ukraynaya 155 mm-lik artilleriya mərmiləri və GMLRS dəqiq idarəolunan sursatlar çatdırılır.

Bundan əvvəl Associated Press məlumat yaymışdı ki, Donald Trampın administrasiyası Kiyevə bəzi silah növlərinin tədarükünü bərpa edib. Amerika mediası Ukraynaya hərbi yardımın ötürülməsinin dayandırıldığı vaxt silahların artıq Polşadakı anbarlarda olduğunu yazmışdı. Agentlik silahların Ukraynaya doğru hərəkətinin dəqiq nə vaxt bərpa olunduğunu açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR