İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda “MiQ-21” qırıcısı kəndə düşüb, 3 dinc sakin ölüb, pilot yaralanıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-21” qırıcısının planlı təlim-məşq uçuşu zamanı yaşayış məskəninə düşməsi nəticəsində 3 dinc sakin ölüb, pilot yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı yerli NDTV yayıb.

Bildirilib ki, hadisə Hindistanın şimal-qərbində Suratqarx şəhəri yaxınlığında yerləşən kəndlərin birində qeydə alınıb.

Məlumata görə, həmin zaman pilot katapultasiya edib, lakin yaralanıb.

Yerli hakimiyyət orqanları hadisənin səbəb və şəraitini araşdırır.

Qeyd edək ki, “MiQ-21” keçmiş sovet istehsalı olan qırıcılardandır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR