Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Hindistan ordusu bu gün Pakistanın nəzarətində olan Kəşmir bölgəsində yerləşən Kotli, Bahavalpur və Muzəffərabad şəhərlərinə raket zərbələri endirib. Rəsmi açıqlamaya əsasən, bu, terrorçu düşərgələrinə qarşı həyata keçirilmiş "nöqtəvi zərbə"dir. Hindistan Silahlı Qüvvələri əməliyyata "Sındur" adını verib.
Raket zərbələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb — kadrlarda "Yerdən yerə" tipli ballistik raketin hədəfə dəyməsi əks olunub. Hindistanın müdafiə qurumlarının məlumatına görə, hücum yalnız silahlı qruplaşmaların düşərgələrini hədəf alıb. Rəsmi məlumatda Pakistan ordusunun hərbi obyektlərinə toxunulmadığı vurğulanır.
Eyni zamanda, Pakistanın Hava Hücumundan Müdafiə Qüvvələri Hindistana məxsus bir qırıcını vurduğunu açıqlayıb. Xətt boyu hava döyüşləri və intensiv atışmalar davam edir, sərhəd boyunca silah səsləri və partlayışlar eşidilir.
Ümumilikdə, hücum zamanı doqquz obyektin vurulduğu bildirilib.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ