Onlayn ictimai-siyasi qəzet
Pakistanın informasiya və yayım naziri Attaullah Tarar Türkiyənin "TRT World" telekanalına verdiyi müsahibəsində bildirib ki, ölkənin silahlı qüvvələrinin arxasında bütün xalq dayanır və Hindistana qarşı cavab tədbirlərini dəstəkləyir:
“Biz dinc insanlarıq, lakin kim bizə meydan oxuyursa, bütün xalq cavab verəcək. Bütün xalq Hindistanın təcavüzünə qarşı birləşib və Pakistan Silahlı Qüvvələrinin yanındadır”, – deyə Tarar bildirib.
Musavat.com xəbər verir ki, bu açıqlama Pakistan hökumətinin "X" hesabında da paylaşılıb.
"Əlcəzirə"nin məlumatına görə, Hindistanın Pakistana hücumunda məscid və dövlət binaları zərər görüb.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.
İqbal RZAYEV,
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ