Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir.
Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan edilib. Rəsmilər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Yerli əhalinin Telegram kanallarında yerləşdirdikləri məlumata əsasən yerli vaxtla təxminən səhər saat 6:00-da şəhərin sənaye rayonlarından birində bir neçə güclü partlayış səsi eşidilib. SHOT Telegram kanalı “Ximmaş” ərazisində yerli zavodun yaxınlığında yanğın başladığına dair məlumat yayıb.
Ukrayna mənbələri bildirirlər ki, dronlar şəhərdə yerləşən və Rusiyada yeganə olan fiber optik zavodunu vurub: “Rusiyanın Saransk şəhərində fiber optika zavodunda parad planlaşdırılandan tez başlayıb”.
Qeyd edək ki, zavod iki ay əvvəl də dron hücumuna məruz qalıb.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ