İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp açıq efirdə baş nazirdən Kanadanı istədi! Karni: “Biz satılmırıq”, dedi - SKANDAL

ABŞ Prezidenti Donald Tramp və Kanada Baş naziri Mark Karni arasında Vaşinqtonda baş tutan görüş diplomatik zərifliklə ironiyanın toqquşduğu anlarla yadda qalıb.

Musavat.com xəbər verir ki, görüş zamanı Tramp bir daha Kanadanı “ABŞ-ın 51-ci ştatı” kimi görmək istədiyini açıq şəkildə, jurnalistlırin iştirakı və kameraların altında bəyan edib. Karni isə bu istəyə diplomatik, amma qəti cavab verib: “Kanada satılmır və satılmayacaq.”

CNN Türk-ün tərcümə ilə yaydığı görüntülərdə Trampın açıq şəkildə “Kanadanı istədiyini” deməsi, Baş nazirin isə “Bəzi yerlər heç vaxt satılmır – Ağ Ev, Bukingem sarayı və Kanada da daxil olmaqla” sözləri ilə cavab verməsi izləyicilərin diqqətini çəkib. Tramp bu sözlərə “Heç vaxt heç vaxt demə” cavabı ilə reaksiya versə də, Karni bu dəfə sadəcə təbəssümlə və üç dəfə “Heç vaxt, heç vaxt və heç vaxt", deməklə mövqeyini daha da möhkəmləndirib. 

Screenshot_1.png (578 KB)

Hadisə ilə bağlı sonradan jurnalistlərin suallarını cavablandıran Kanada Baş naziri Mark Karni əlavə detallar açıqlayıb. O bildirib:

“Trampın Kanadanı 51-ci ştat adlandırmasından əl çəkməsini istədim. Amma onun cavabını açıqlamayacağam. Çünki o, prezidentdir və özü-özünə kifayət edir.”

Karni vurğulayıb ki, bu məsələdə həm ictimaiyyət qarşısında, həm özəl görüşlərdə, həm də Oval kabinetdə çox aydın şəkildə fikir bildirib:

“Biz suveren dövlətlər arasında danışıqlar aparırıq və yalnız Kanadanın maraqlarına uyğun olan razılaşmanı qəbul edəcəyik. Bu ideyanın təkrar-təkrar səsləndirilməsinin mənası yoxdur. Amma o, prezidentdir və istədiyini deyəcək.”

Bu sözlər Kanada hökumətinin ABŞ-la olan münasibətlərdə milli suverenlik prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirdi.

Musavat.com həmin anların videosunu təqdim edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR