Onlayn ictimai-siyasi qəzet
Prinsipial mövqelərə sadiq qalmaq ABŞ-la ticarət müharibəsində öz maraqlarını qorumaq üçün yeganə etibarlı yoldur.
Musavat.com xəbər verir ki, bu mövqe Çin Ticarət Nazirliyinin açıqlamasında yer alıb.
Nazirlik bildirir ki, ABŞ-la ticarət razılaşması üçün danışıqlar aparan ölkələr var: "Bəzi iqtisadiyyatlar da ABŞ-la danışıqlar aparır, lakin vurğulamaq lazımdır ki, sakitləşdirmə sülh gətirə bilməz və kompromislə hörmətə nail olmaq mümkün deyil. Prinsipial mövqelərə və ədalətə sadiqlik öz maraqlarını qorumaq üçün yeganə doğru yoldur”.
Çin qurumu vurğulayıb ki, beynəlxalq vəziyyətin necə dəyişməsindən asılı olmayaraq, Çin həmişə açıqlıq siyasətini dəyişməz şəkildə genişləndirəcək, ÜTT-nin rəhbərlik etdiyi çoxtərəfli ticarət sistemini dəyişməz şəkildə qoruyacaq və inkişaf imkanlarını dünya ölkələri ilə dəyişməz olaraq bölüşəcək. Eyni zamanda qeyd edib ki, Çin "birtərəfli proteksionizm və hegemon zorakılığa birgə qarşı çıxmaq, azad ticarəti və çoxtərəfliliyi birgə dəstəkləmək və inklüziv iqtisadi qloballaşmanı təşviq etmək" üçün digər ölkələrlə işləməyə hazırdır.
Qeyd edək ki,I Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifeng mayın 9-dan 12-dək İsveçrəyə səfər edəcək və burada ABŞ-ın maliyyə naziri Skott Bessent ilə Çin-ABŞ ticarəti ilə bağlı məsləhətləşmələr aparacaq.
Bessent gözlənilən görüşlə bağlı Fox News-a danışarkən Vaşinqtonun İsveçrədə Çin nümayəndələri ilə görüşdə ticarət sahəsində “eskalasiya”nı müzakirə etməyə ümid etdiyini deyib: “Böyük sövdələşmənin bağlanması ilə bağlı hələlik heç bir söhbət yoxdur. Şənbə və bazar günü nə müzakirə edəcəyimizi razılaşdıracağıq. Düşünürəm ki, bu, böyük ticarət razılaşması deyil, deeskalasiya olacaq. Amma irəli getməzdən əvvəl gərginliyin azaldılmasına ehtiyacımız var".
O həmçinin əlavə edib ki, ABŞ Çinlə “ədalətli ticarət” istəyir.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ