Onlayn ictimai-siyasi qəzet
Hindistan Hərbi Hava Qüvvələrinin komandanlığı bəyan edib ki, ölkədə davam edən “Sındur” adlı hərbi əməliyyat atəşkəsə baxmayaraq tam gücü ilə davam etdirilir.
Musavat.com xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi platforması olan “X” sosial şəbəkəsində yayımlanan açıqlamada deyilir. Komandanlıq ictimaiyyəti spekulyasiyalardan və təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırıb.
“Əməliyyatlar hələ davam etdiyi üçün bütün təfərrüatlar haqqında ətraflı brifinq müvafiq vaxtda təqdim olunacaq”, – deyə bəyanatda bildirilir.
Rəsmi mənbələr əməliyyatın dəqiq hədəfləri və miqyası barədə məlumat verməsə də, “Sındur”un Hindistanın milli təhlükəsizliyi ilə bağlı strateji əhəmiyyət kəsb etdiyi vurğulanır.
Atəşkəsin elan olunmasına baxmayaraq, bəzi bölgələrdə aktiv hərbi fəaliyyətlərin davam etdiyi bildirilir.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ