Onlayn ictimai-siyasi qəzet
"İşim olmayanda özümü pis hiss edirəm. Misal üçün, bu aralar yaxşı deyildim, amma indi yaxşıyam. Mən işsiz qala bilmirəm, hər gün işləmək istəyirəm. İşləyib, qazanmaq istəyirəm. Hər gün nəsə almaq istəyirəm. İstəydiyimi ala bilməyəndə də pis oluram. Prodüserim Kənan Bayramovun ümüdinə qalıram. Ona deyirəm ki, bank kartıma pul qoy. O da soruşur ki, "Pulu hara xərcləyəcəksən?". Sanki Kənan mənim "atamdır". Deyirəm ki, "Restorana getmək istəyirəm". Cavab verir ki, "Pulun yoxdur, otur evdə yemək ye".
Bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi bildirib ki, heç bir kişiyə inanmır:
"Məni "mutlu" (xoşbəxt - red.) edən iş və sevgidir. Sevgi mənim üçün tək iki insanın arasında olan duyğu deyil. Sevgi mənim üçün ətrafımda olan insanlara hissimdir. Təkbətək sevgi mənim üçün yarısından belə azdır. Mən heç bir kişiyə inanmıram. İnanmıram ki, o mənim kimi ürəkli olsun, sevə bilsin... Heç istəmirəm də, başına dəysin! Əgər mən özüm özümün yanındayamsa, hər şeyə özüm cavabdehəmsə... Nəyimə lazımdır kimsə mənim? ""Hara getdin, haradan gəldin?", "Bunu niyə geyindin?"" - bunlar hamısı yalançı şeylərdir. Bu şeyləri də artıq istəmirəm"./bizim.media
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ