İnsanlara hürriyət, millətlərə istiqlal!

Hay etibarsızlığı: Bəşərin dar günündə Parisə uçan Paşinyan, Suriyadan fərar edən erməni ordusu

Ermənistanın yaxın müttəfiqi Bəşər Əsədin tifağı dağılan günlərdə Nikol Paşinyan Anna Akopyanı da götürüb Parisə getdi, yanğından sonra yenidən bərpa olunan Paris Müqəddəs Məryəm kilsəsinin açılış mərasimində iştirak etməyə.

Əsədin ordusu son qalada da məğlub olduqdan, özü isə Moskvaya qaçdıqdan sonra da Paşinyanın sevincək halda şəkilləri yayıldı, çox xoşbəxt idi, “böyük bacısı” Emmanuel Makronla görüşdüyünə görə...

Həm də təkcə Makronla deyil, Fransa prezidentinin vasitəçiliyi ilə ABŞ lideri Donald Trampla şəkil çəkdirdiyinə görə.

Paşinyan Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gedib -  VİDEO

Bax, budur erməni etibarsızlığı. Seçkilərə qədər Kamala Harris üçün əldən-ayaqdan gedirdilər, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qanun layihəsinə imza atan, “keçmişimizlə əlaqədar, bunları təkrarlamaq üçün hər zaman müzakirə etməyimiz lazımdır. Bəşəriyyət tarixinin ən qaranlıq səhifələrindən biri olan “erməni soyqırımı”nı tanıyaraq, həyatını itirənləri şərəfləndirir və insan haqlarını qoruma qətiyyətimizi müəyyən edirik”, - deyən hindli namizədin Ağ Evin başına keçməsini arzulayan, saxta “soyqırım”ı tanımayan Donald Trampı görməzdən gələn ermənilər indi başqa qiyafədədirlər. Seçkilər bitər-bitməz erməni ekspertlərin bəziləri Ermənistanın ABŞ-dəki seçkilərə münasibətdə “bütün yumurtaları bir səbətə yığdığını” söyləyir, göz yaşı axıdırdılar. Həmçinin deyirdilər ki, teziklər hərəkətə keçmək lazımdır. Budur, necə hərəkətə keçdilərsə, Nikol Paşinyan Tramp hələ and içmədən təkcə onunla telefonla danışmaqla kifayətlənmədi, “böyük bacı”nın yaratdığı fürsətdəcə özünü Trampın ayağı altına atdı.

Düzdür, 2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin açılış mərasimində təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçirilib. Amma söhbətin mövzusu Paşinyandır. Məntiqlə o, Bəşər Əsədin yanında olmalı idi. Rusiyanın Suriyadakı hərbi bazasında ikinci hansı ölkənin hərbçiləri yerləşirdi ötən illərdə? Əlbəttə ki, Ermənistanın.

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 2019-cu ildə Kirpin müdafiə naziri Savvas Angelidislə birgə mətbuat konfransında demişdi ki, 2019-cu il Ermənistan ordusu Suriyada hərbi əməliyyatlara qatıla bilər. Sitat: “Əgər hərbi əməliyyatlarda iştirak etmək ehtiyacı yaranarsa, Ermənistan qanun çərçivəsində buna qatılacaq. Düşünürəm ki, belə bir qərar vermək üçün parlamentdənkənar qüvvələrlə məsləhətləşmələrə ehtiyac var”.

David Tonoyan azadlığa buraxıldı

O zaman Suriyaya erməni hərbi birləşmələri Ermənistan hökumətinin qərarı əsasında göndərilmişdi, məhz Paşinyanın icazəsi ilə. Nikol Paşinyan da bu təlimatı Rusiyadan almışdı. O zaman belə açıqlama verilmişdi ki, missiya “Suriya hökuməti ilə daimi təmas, bizim qətiyyətimiz və Suriya xalqına dəstək vermək əhval-ruhiyyəmiz, xüsusilə Hələbdə böyük zərər çəkən ermənilərə dəstək olmaq məqsədilə” göndərilib. Amma ara qarışıb, Əsəd itəndən sonra nə Suriya erməniləri yada düşdü, nə də missiyadan əsər-əlamət qaldı.

Budur, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Suriyanın Hələb bölgəsində humanitar missiya yerinə yetirən Ermənistan bölməsinin bütün iştirakçıları, minatəmizləyənlər və tibb işçiləri Ermənistana qayıdıblar.

Xatırladaq ki, Suriyada təxminən 100 min erməninin yaşadığı bildirilir. Onların kompakt yaşadığı şəhərlərdən biri də Hələb idi. Amma Suriya ermənilərinin müdafiəsini təşkil etmək əvəzinə “dovşan kimi” qaçdı Ermənistanın hərbi bölüyü. Biz bunları Qarabağdan tanıyırıq, fərar etməyə öyrəncəlidirlər.

Yeri gəlmişkən, Qarabağda bir ovuc erməni yaşayırdı, hətta 44 günlük müharibədən sonra da Paşinyan işğalçı ordusunu Xankəndi və digər ərazilərimizdən çıxartmırdı. İddialar var idi ki, bu hərbçilər mülki əhalini müdafiə edir. Onların sayının guya 100 mindir, Suriya ermənilərinin sayı qədər...Bu günə qədər özləri gedən Qarabağ ermənilərdən danışanlar nədənsə 100 minlik Suriya ermənilərindən danışmırlar, nə Paşinyan, nə də Makron. Üstəlik, onların müdafiəsini təşkil etmək də heç kimin vecinə deyil. Ermənistanın Suriyadakı konsulu təxminən bir həftə əvvəl, bazar ertəsi ölkəni tərk etmişdi. Deməli, lazım gələndə bunlara ermənilərin özlərini də ayaq altına almaq çətin deyil, təki birgə şəkil çəkdirsinlər.

“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq”, deyən Bəşər Əsəd də Paşinyanın yadında deyil artıq. Çox uzaq söhbət deyil, keçən ilin noyabrında Dəməşqdə Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanı qəbul edərkən Əsəd bunları demişdi. Qarabağa, Qubadlının Xanlıq kəndinə köçürülənlər, Azərbaycan ordusuna qarşı döyüşən muzdlular arasında Suriya ermənilərinin, həmçinin PKK-çıların olması barədə dəfələrlə faktlar açıqlanıb, yazılıb. Həmçinin Suriyadakı savaşlar zamanı azı 11 min erməni Ermənistana köçmüşdü, onların bir çoxu Qarabağda yerləşdirilmişdi. Burada Əsəd-Paşinyan anlaşması sözünü demişdi. Qırılmaz tellərlə bağlı idilər, amma artıq Paşinyana Əsəd lazım deyil, soruşan olsa, bəlkə də “o kimdir, xatırlamıram” deyər.

Azərbaycan Notr-Dam kilsəsinin yenidən bərpa olunmasına da maliyyə dəstəyi vermişdi, Fransanın bir sıra tarixi abidələrinin restovrasiyasında iştirak etdiyi kimi. Amma bu kilsənin adı altında faktiki olaraq həm də Azərbaycana qarşı təxribatçı davranışlar sərgiləndi. Fransa və digərləri hələ ki, Ermənistan rəhbərliyini “əl meymunu” kimi oynadırlar. Amma bir sıra erməni ekspertlər belə narahatdırlar ki, Ermənistanın Suriyaya çevrilməsi təhlükəsi var. ABŞ-nin, Avropa İttifaqının Ermənistanla bağlı planları bundan xəbər verir. Polşa prezidenti İrəvana çatar-çatmaz özünü Arazdəyənə yetirir, Avropa İttifaqının buradakı cəsus şəbəkəsi ilə görüşür. Niyə? Bəllidir...Yeni poliqon arayışındadırlar...Erməni şərhçilər ad çəkməsələr də, aparıcı ölkələrdən birinin həm Suriya, həm də Ermənistan üçün strateji tərəfdaş olduğunu, ancaq sonda onları yarı yolda qoyduğunu deyirlər, gileylənirlər, yanırlar. Belə proqnozlar da var ki, İrəvan Dəməşqin taleyini yaşayacaq. Amma İrəvana kim hücum edəcək, bunu dəqiq deyən yoxdur. Bir çoxları hələ anlamır ki, İrəvan qalasını almaq uğrunda savaşı Fransa başda olmaqla Avropa İttifaqı başlatmaq istəyir, Azərbaycan yox. Budur, Fransanın İrəvandakı səfiri yenə də binoklunu götürüb dağlara qalxıb, Azərbaycanla hələ də dəqiqləşdirilməyən sərhədlərdən boylanıb. Makron-Paşinyan qucaqlaşması ilə birbaşa da olmasa, dolayı əlaqəsi var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR