İnsanlara hürriyət, millətlərə istiqlal!

Haniyənin necə öldürüldüyü üzə çıxdı! New York Times bütün gerçəyi yazdı

Anons etdiyimiz kimi, New York Times qəzeti HƏMAS liderinin necə öldürüldüyünü yayınlayıb. Musavat.com bildirir ki, indiyə qədər də İran tərəfdən keç kim hadisənin necə baş verdiyini açıqlamayıb. Rəsmi Tehran bu barədə qətiyyətlə susur.

The New York Times isə 5 mötəbər qaynaqdan aldığı məlumatlar əsasında iddia edir:

"HƏMAS liderini öldürən bomba bir neçə ay əvvəl Tehrandakı qonaq evinə gizli yolla yerləşdirilib"!

The New York Times - in məqaləsində daha sonra yazılır: "Yaxın Şərq rəsmilərinin beşindən alınan məlumatlara görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib.
Qonaq evi SEPAH tərəfindən idarə və mühafizə olunur.

İsmayıl Haniyəyə məzar olan həmin qonaq evi Tehranın şimalındakı elit məhəllədə "Neşat" kimi tanınan böyük kompleksin bir hissəsidir".

24716f38-d4f1-4239-922a-c413e61776ac.jpg (137 KB)

Qəzetin araşdırmasına görə, İsmail Həniyənin qaldığı həmin qonaq evi SEPAH tərəfindən güclü mühafizə olunurmuş. Görünən budur ki, İsrail kəşfiyyatı SEPAH-ın içərisinə qədər sıza bilib və agentləri vasitəsi ilə qorunan kompleksə öncədən güclü partlayıcı qurğu yerləşdirə bilib. İranın detallar və təfsilatlarla bağlı heç bir açıqlama verməməsinin səbəbi bu ola bilər.

Yazının yekunu qısa halda belədir: "Haniyə İran prezidentinin andiçmə mərasimi üçün İranın paytaxtında olub. Beş rəsminin dediyinə görə, onun qonaq evindəki otağında olduğu təsdiqləndikdən sonra bomba uzaqdan partladılıb. Partlayış nəticəsində onunla bərabər bir cangüdəni də həlak olub".

Hadisə yerində olan İran rəsmiləri hücumun dəqiqliyini və mürəkkəbliyini nəzərə alaraq, ilk vaxtlar hesab ediblər ki, bu əməliyyat uzaqdan idarə olunan və İsrailin 2020-ci ildə İranın aparıcı nüvə alimi Mohsen Fəxrizadəni öldürmək üçün istifadə etdiyi süni intellektli robot silahla həyata keçirilib.

İndi isə göründüyü kimi, qənaət başqadır. Əgər sui-qəsdin detalları New York Times qəzetinə məlumdursa, demək, İran rəhbərliyi də bunu bilir və ona görə detallarla bağlı heç bir açıqlama verilmir.
Görünən budur ki, ən yaxın zamanda SEPAH-ın rəhbər və məsul şəxslərindən bir neçəsi həbs olunub, mühakimə ediləcək.

Hələ may ayında, prezident İbrahim Rəisinin helikopteri qəzaya uğrayanda dünyanın mötəbər mediası yazırdı ki, bunu içəridən aldığı güclü dəstəklə İsrail həyata keçirib və baş verən qəza deyil. O zaman da
İran rəsmiləri bu qəzanın detalları barədə susdular. Həmin versiyaları təsdiqləsəydilər, özlərinin gücsüzlüyünü, xüsusi xidmət orqanlarının isə çöküşünü etiraf erməli idilər.
İndi isə vəziyyət İran hakimiyyəti və xüsusi xidməti üçün daha biabırçıdı. Ən ciddi mühafizə olunan bir obyektdə ən ali qonaqlardan birinə qarşı sui -qəsd həyata keçirilib və belə məlum olur ki, SEPAH-ın təsirli adamlarından kimlərsə İsrailə içəridən dəstək və istiqamat verib.

Mövzu davam etdiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR