Onlayn ictimai-siyasi qəzet
“Hazırkı hökumət heç vaxt “erməni soyqırımı” (qondarma - red.) faktını inkar etməyib və belə bir niyyəti də yoxdur”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Vahan Aleksanyan danışıb.
Aleksanyanın sözlərinə görə, “soyqırım” anlayışı indiki Ermənistana yaddır və belə hadisələrin gələcəkdə də baş verməməsi vacibdir.
“Ermənistanda bir daha heç vaxt soyqırıma yer olmamalıdır”, - deyə o əlavə edib.
Bununla yanaşı, Aleksanyan Azərbaycanın 2023-cü ildə Qarabağda “etnik təmizlik apardığı” kimi hədsiz və sərsəm fikirlər səsləndirib. O, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanı siyasi məqsədlərlə soyqırımı “alətə çevirməkdə” ittiham edib.
Musavat.com
23 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ